17 
Avq
2022
14:23
3080

Mixail Saakaşvili bəyanat yayıb

"Mən Ukraynanın azad olmasını və mübarizədə birbaşa iştirak etmək istəyirəm".

lnterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstanın üçüncü prezidenti bildirib.

Mixail Saakaşvilinin sosial şəbəkədə yazdığına görə, o, İvanişvilinin əsiri olsa və səhhəti pozulsa da, ukraynalıların birliyi və prezident Zelenskinin rəhbərliyi onu gücləndirir.

"Mən məhbusam, Gürcüstanda həbsdəyəm, amma ürəyim Ukraynadadır. səhhətim pozulub, lakin mən ukraynalıların bilməsini istəyirəm ki, əsgərlərimizin qəhrəmanlığı, xalqın birliyi, prezident Zelenskinin rəhbərliyi, bütün dünyanın Ukraynaya dəstəyi və mənim qələbəyə sonsuz inamım, mənə mənəvi və fiziki cəhətdən kömək edir. Mən Ukraynanın azad olmasını və mübarizədə birbaşa iştirak etmək istəyirəm", - deyə Mixail Saakaşvilinin məktubunda qeyd olunub.

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər