16 
Avq
2022
13:38
11310

Marneulidən Batumiyə istirahətə gedən ailə qəzaya düşdü - Ölən və yaralananlar var - VİDEO

Marneulidən olan ailə Kutaisidə qəzaya uğrayıb.

InterPress.ge xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Məlumata görə, ailə Batumiyə istirahət etmək üçün yola düşüb, Batumiyə istirahətə gedən ailə Kutaisidə dincəlmək üçün yolun kənarında avtomobili park edib və bir müddət sonra yüksək sürətlə hərəkət edən digər avtomobil onların avtomobilinə çırpılıb. 

Avtomobilin içərisində ər-arvad və iki yeniyetmə övladları olub. Qadın yerindəcə dünyasını dəyişib, digər yaralılar isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Azyaşlı uşağlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza bu gün səhər saatlarında baş verib.

Hadisə yerinə polis cəlb olunub və faktla bağlı istintaq başlanıb.

 

Bizimlə əlaqə saxlayın