Gürcüstan da daxil olmaqla 42 ölkə Rusiyaya müraciət etdi
Gürcüstan da daxil olmaqla 42 ölkə Rusiyanı qoşunlarını Zaporojye elektrik stansiyasından çıxarmağa çağırır.
InterPress.ge xəbər verir ki, müvafiq müraciət Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin saytında dərc olunub.
Bəyanatda deyilir ki, Rusiya hərbçilərinin nüvə stansiyasında olması nüvə təhlükəsizliyi prinsiplərinə təhlükə yaradır. Bəyanatı ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Moldova və Gürcüstan bütün Avropa İttifaqına üzv ölkələrlə birlikdə imzalayıb.
İmzalayan ölkələr bir daha qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
“Rusiya hərbçilərinin və silahlarının elektrik stansiyasının ərazisində yerləşdirilməsi qəbuledilməzdir və Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv olan bütün ölkələrin hörmət etməyi öhdəsinə götürdükləri təhlükəsizlik prinsipləri və risklərin qarşısının alınması barədə məlumatsızlığı ifadə edir”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi və AES-də Rusiya hərbçilərinin olması nüvə insidentləri riskini artırır.
Onlar həmçinin Rusiyanın Ukraynadakı qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün dezinformasiyadan istifadə etmək cəhdini pisləyirlər.


