14 
Avq
2022
21:45
451

Ukraynalılar Batumidə aksiya keçirdilər

Batumidə Ukrayna vətəndaşları Abxaziyada müharibənin başlanmasının 30-cu ildönümü ilə əlaqədar həmrəylik aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçılarının qeyd etdiyinə görə, Gürcüstanda baş verənləri Rusiya Ukraynada da edir.

Ukrayna vətəndaşları Rusiyanı terrorçu dövlət elan etməyi tələb edirlər.

“Biz Rusiyanın terrorçu dövlət elan edilməsi və əsirlərimizi azad etmək üçün beynəlxalq aksiyaya qoşuluruq.

Qırmızı Xaç müdaxilə edir və əsirləri azad edir. Onların hansı vəziyyətdə olduğunu bilmirik.

Siz bizi yaxşı başa düşürsünüz, 30 il əvvəl Rusiyanın təcavüzünə məruz qalmısınız”, - deyə toplaşanlar bildiriblər.

Bizimlə əlaqə saxlayın