14 
Avq
2022
13:45
751

Avropa Komissiyası Gürcüstan hökumətinin Rusiya və Belarusiyaya qarşı sanksiyalar tətbiq etməməyi ilə bağlı açıqlama yaydı

Hökumət Rusiya və Belarusiya qarşı sanksiyalar tətbiq etməyib, lakin o, Aİ-nin bəzi sanksiyalarını tətbiq etmək və yayınmanın qarşısını almaq üçün tədbirlər görüb.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan tərəfindən assosiasiya prosesinin həyata keçirilməsinə dair hesabatın müzakirə edildiyi Avropa Komissiyasının sənədində qeyd olunub.

Sənədə əsasən, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi təhlükəsizlik vəziyyəti baxımından Gürcüstan üçün ciddi nəticələrə səbəb olub.

“Bu, həm də ölkə iqtisadiyyatına təsir etdi, çünki Ukrayna və Rusiya Gürcüstanın mühüm ticarət tərəfdaşlarıdır. Avropa İttifaqı Gürcüstanın dayanıqlılığına dəstəyini, o cümlədən Avropa Sülh Fondu vasitəsilə daha da gücləndirdi. Hökumət Rusiya və Belarusiya qarşı sanksiyalar tətbiq etməyib, lakin o, Aİ-nin bəzi sanksiyalarını tətbiq etmək və sanksiyalardan yayınmağın qarşısını almaq üçün tədbirlər görüb. Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləməyə davam edir”, - deyə sənəddə qeyd olunub.

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər