14 
Avq
2022
12:57
591

Kobuletidə cinayət hadisəsi baş verdi

Kobuletidə gənc oğlan öldürülüb. Daxili İşlər Nazirliyinin Acariya Polis İdarəsinin əməkdaşları tərəfindən isti izdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, bu il avqustun 13-də Kobuletidə təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 2001-ci il təvəllüdlü şəxsə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı gənc daha sonra tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi hadisədən bir neçə saat sonra saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın