13 
Avq
2022
15:50
1146

Gürcüstan fındığının ixrac qiyməti minimum həddə çatıb

EastFruit analitiklərinin fikrincə, gürcü fındığının ixrac qiyməti minimum səviyyəyə düşüb.

lnterPress.ge xəbər verir ki, fındığın bir kiloqramının qiyməti 4,5 dollardır ki, bu da 2014-2022-ci illər ərzində ən aşağı göstəricidir.

İyul 2021-2022 mövsümünün başa çatmasıdır, yeni mövsüm isə avqustda başlayır. Mövcud bazar vəziyyətinə əsasən, 2022-2023 mövsümünün çətin olacağı ehtimalı var.

2021-2022-ci illər mövsümündə gürcü fındığının ixrac həcmi müsbət tendensiyanı qoruyub. Gürcüstan fındığının əsas alıcısı olan Avropa İttifaqı sərhəddə qida təhlükəsizliyi riskinin yüksək olması səbəbindən onları almaqdan imtina edib. Buna səbəb qəfil yağan yağışlar nəticəsində fındıqların quruması olub.

Yuxarıda qeyd edildiyi kimi, əsas ixrac qiymətləri 2021-2022-ci il mövsümünün sonunda minimuma enib. Bu, növbəti mövsümün asan keçməyəcəyinə işarədir.

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın