Gömrükdə küllü miqdarda qiymətli əşyaların qanunsuz olaraq keçirilməsinin qarşısı alınıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə razılaşdırılaraq, keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədindən gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda qiymətli metallardan hazırlanmış zinət əşyalarının gətirilməsi faktını aşkar ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı istintaq xidməti yayıb.
Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sarp” gömrük-keçid məntəqəsindən gizli şəkildə Türkiyə Respublikasından Gürcüstana gömrük dəyəri 35 094,4 lari olan 374,62 qram qızıl-zinət əşyaları keçirib.
Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 2-ci hissəsi ilə istintaq davam etdirilir.


