11 
Avq
2022
22:47
852

Varketilidə sakinlərin təxliyyə edilməsi səbəbi məlum oldu

Tbilisidə Varketili 3-cü massivinin binalarından birindən əhalinin təxliyyəsi baş tutur.

InterPress.ge xəbər verir ki, təxliyyə ilə əlaqədar Samqori rayon administrasiyası bəyanat yayır.

"Məlumat üçün bildiririk ki, baş vermiş ağır qəza və binanın uçmaq təhlükəsi ilə əlaqədar Samqori rayonu, Varketili 3-cü massiv 8-ci məhəllədə yerləşən N12 saylı binadan əhali təxliyyə olunur.

Tbilisi Bələdiyyə Laboratoriyası və Samxarauli Milli Ekspertiza Bürosu binaya dördüncü dərəcəli təhlükə nəticəsi təyin edib və bir ildir ki, onların təxliyyəsi ilə bağlı sakinlərlə danışıqlar aparılırdı.

Sakinlərə dəfələrlə xəbərdarlıq edilib ki, müvəqqəti yaşayış mənzilləri axtarsınlar, onların maliyyələşdirilməsi Samqori administrasiyası tərəfindən təmin ediləcək. Təəssüf ki, idarə heyətinin təklifi ilə cəmi beş ailə razılaşdı və onlar kirayə pulu ilə təmin olunurlar.

Binada yaşayan qalan 30 ailə isə bu təxliyyə olunur. Samqori administrasiyası onları müvəqqəti mənzil tapana və kirayə təminatı proqramında iştirak edənə qədər mehmanxanalara yerləşdirəcək.

Tbilisi Bələdiyyəsinin bütün müvafiq xidmətləri əraziyə səfərbər olunub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın