11 
Avq
2022
14:26
395

Kaxa Kaladze: "Gürcüstan sanksiyalara qoşulmur"

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstan Rusiyaya qarşı müharibəyə başlamır və Rusiya-Ukrayna müharibəsinə qarışmır.

 lnterPress.ge xəbər verir ki, o, jurnalistin Avropa İttifaqının növbəti sanksiyalar paketində Rusiya vətəndaşlarının Şegen zonasına girişinə qadağa qoyulmasının ola biləcəyi bir vaxtda Gürcüstan hökumətinin nə etdiyi ilə bağlı sualını belə cavablandırıb.

Kaladzenin qeyd etdiyinə, o, Gürcüstana turist axınını alqışlayır və bunda heç bir problem görmür.

"Biz dəfələrlə bəyanat vermişik ki, Gürcüstan müharibəyə başlamır və müharibəyə girmir. Gürcüstanda "ikinci cəbhə” olmayacaq, Gürcüstan sanksiyalara qoşulmayacaq. Bu, çox vacibdir. Turist axınını alqışlayırıq, hansısa şirkət və ya şəxsə sanksiya tətbiq edilməsində, mən heç bir problem görmürəm, təbii ki, bunun ardınca Gürcüstanda qanun və konstitusiya çərçivəsində müvafiq cavab veriləcək. Gürcüstanda konstitusiya var, qanun var, istər Gürcüstan vətəndaşı olsun, istərsə də xarici ölkə vətəndaşı olan istənilən şəxs Gürcüstanın qanunlarını pozarsa, ona qarşı müvafiq tədbirlər görüləcək” – deyə Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın