11 
Avq
2022
12:48
414

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsində Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçıları ilə görüş keçirilib - FOTO

Avqustun 10-da Diasporla iş üzrə Dövlət Komitəsində Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçıları ilə görüş keçirilib.

InterPress.ge xəbər veri ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Görüşü açıq elan edən Komitə sədri Fuad Muradov “Şuşa-270” şüarı altında baş tutan III Yay Düşərgəsinin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib. Eyni zamanda düşərgənin tərəfdaşlarına, müvafiq dövlət qurumlarına, iş adamlarına və incəsənət xadimlərinə, eləcə də tədbiri geniş şəkildə işıqlandıran media nümayəndələrinə təşəkkür edib. O, Azərbaycan diasporunun sıralarında gəncləşmə prosesinin getdiyini, Yay düşərgələrinin və komitənin həyata keçirdiyi digər layihələrin bu prosesin keyfiyyətinə müsbət təsir etdiyini söyləyib.

Azərbaycan dövlətinin hər zaman xaricdə yaşayan azərbaycanlıların yanında olduğunu vurğulayan F.Muradov qeyd edib ki, 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Görüşdə gənclərin şəbəkələşməsi baxımından layihənin əhəmiyyəti, düşərgədə keçirilən təlimlər, panel iclasları, görüşlər və digər proqramlar barədə fikir mübadiləsi aparılıb.

Bu möhtəşəm layihənin azad Şuşada keçirilməsinə görə minnətdarlıqlarını bildirən düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüb, onları maraqlandıran sualları və gələcək düşərgələr üçün təkliflərini səsləndiriblər. Eyni zamanda Azərbaycan Evlərinin və “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətini yüksək qiymətləndirib, bu layihələrə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.

Xatırladaq ki, Dünya azərbaycanlı Gənclərinin III Yay Düşərgəsinə Gürcüstandan olan 7 nəfər gənc qatılmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər