11 
Avq
2022
12:36
336

Yunanıstanda evdən oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb

Yunanıstanın Kaliteya şəhərində evdən oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb.  

InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb.

Nəşrin yazdığına görə, Kaliteya şəhərinin Sokratos küçəsindəki evin sahibi telefonundan evinə yad şəxslərin daxil olduğunu görüb və polisə müraciət edib.  42, 37 və 32 yaşlı Gürcüstan vətəndaşları saxlanılıb.  Hadisə avqustun 9-da baş verib.

Polis hamamda cinayətkarların evdən götürməyə çalışdığı qızıl-zinət əşyaları və pulla dolu qutu tapıb.

"Sokratos küçəsindəki ev sahibi naməlum şəxslərin otaqda quraşdırılmış kameranı söndürərək telefon kabelini çıxardığını görəndə şoka düşüb. Mənzil sahibi hüquq-mühafizə orqanlarına müraciət edib.  Dərhal hadisə yerinə gələn polis əməkdaşları əlində silahla mənzilə daxil olub və otaqların birində 3 nəfəri gizlənmiş halda tapıb. Onlardan birinin əlində mətbəxdən götürdüyü bıçaq olub. Polis onlardan təslim olmalarını istəyib və soyğunçuların qollarını qandallayıb” – məqalədə qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər