11 
Avq
2022
11:13
361

Çexiya Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin qadağan edilməsi təşəbbüsünü dəstəkləyir

Çexiya Aİ-yə üzv olan bir sıra dövlətlərin Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini qadağan etmək təşəbbüsünü dəstəkləyir.

lnterPress.ge xəbər verir ki, bununla bağlı Çexiyanın xarici işlər naziri Yan Lipavski bəyanatla çıxış edib.

"Çexiya bu məsələni Brüsseldə baş nazirlər və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə dəfələrlə qaldırıb və Avropa İttifaqı tərəfindən koordinasiyalı yanaşmaya çalışır", - deyə Çexiyanın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, Çexiya fevralın 25-də Ukraynaya genişmiqyaslı işğalı ilə əlaqədar Rusiya vətəndaşlarına viza verilməsini qadağan edib.

“Hələ də elan edilmiş sərhədlərini dəyişən Rusiya təcavüzü zamanı Rusiya vətəndaşları üçün adi turizmdən söhbət gedə bilməz. Bu, bizim təhlükəsizliyimizlə bağlı məsələdir, mən uzun müddətdir ki, Rusiya xüsusi xidmət orqanlarının Avropa İttifaqı ərazisinə təsirini azaltmağa çalışıram", - deyə Lipavski qeyd edib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər