İki yaşlı uşaq günəşdə 60% yanıb və reanimasiya şöbəsinə yerləşdirilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı yanıq mərkəzinin rəhbəri Quqa Kaşibadze açıqlama verib.
Uşaq valideynləri ilə birlikdə Gürcüstanda turist səfərində olub. Bir neçə günlük müalicədən sonra o, klinikadan evə buraxılıb.
Quqa Kaşibadzenin sözlərinə görə, bu il uşaqlar arasında günvurma halları artıb. O, valideynləri daha diqqətli olmağa çağırıb.
.jpeg)