Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladları təhsil qrantlarından yararlanacaqlar

473
Sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladları təhsil qrantlarından yararlanacaqlar
Dinləmək üçün basın

Sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladları təhsil qrantlarından yararlanacaqlar.

Sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladları təhsil qrantlarından yararlanacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun verdiyi məlumata görə, Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edən şəxslər, hərbi qulluqçular, yaralanan və xəsarət alan hərbçilər və onların ailə üzvləri təhsil, mədəniyyət və ya tibb müəssisələrində müxtəlif imtiyaz və güzəştlərdən istifadə edirlər.

Müdafiə Nazirliyinin izah etdiyinə görə, yeni tədris ilindən Müdafiə Nazirliyində fəaliyyət göstərən sosial proqramlar çərçivəsində Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş əsgər övladları ilə yanaşı, beynəlxalq sülhməramlı əməliyyatlarda yaralananlar və ölənlərin, habelə ağır əlilliyi olan veteranlar və ya onların uşaqları təhsil qrantlarından yararlanacaqlar.

Ali təhsil müəssisələrinə daxil olan bakalavr və magistratura proqramı tələbələri təhsil qrantı ilə maliyyələşmə imkanı əldə edəcəklər. Hökumətin fərmanı və Təhsil və Elm Nazirliyinin dəstəyi əsasında Gürcüstanın Müdafiə Nazirliyinin dövlət təlim qrantı ilə maliyyələşdirilməsi layihəsi artıq qəbul edilib və 2022-2023-cü tədris ilindən qüvvəyə minəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →