09 
Avq
2022
15:32
1043

Vətəndaşdan hərbi xidməti təxirə salmaq müqabilində rüşvət alan məmur saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma və rüşvət almağa köməklik göstərmə faktı üzrə hakimin qərarı əsasında Ozurqeti merinin hərbi qeydiyyat, çağırış və səfərbərlik xidmətinin keçmiş rəisi İ.L. və vətəndaş B.Q. -ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, istintaq müəyyən edib ki, Ozurqeti merinin keçmiş əməkdaşı vətəndaşın köməyi ilə çağırışçının məcburi hərbi xidmətini qeyri-rəsmi olaraq təxirə salmaq müqabilində 1500 lari rüşvət alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə araşdırma aparılır.

Sözügedən maddə cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Ozurqeti meriyasının saxlanılan keçmiş əməkdaşı cinayətini etiraf edib və istintaqla əməkdaşlıq edir.

Bizimlə əlaqə saxlayın