09 
Avq
2022
11:06
378

Zelenski Qərb ölkələrini Rusiya vətəndaşlarının ölkələrinə girişini qadağan etməyə çağırır

Volodimir Zelenski Ukrayna ərazilərinin ilhaqını dayandırmaq üçün, Qərb ölkələrini bütün Rusiya vətəndaşlarının ölkələrinə girişini qadağan etməyə çağırıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti The Washington Post-a verdiyi müsahibədə bildirib.

Zelenskinin sözlərinə görə, ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar başqalarının torpaqlarını zəbt edir.

O qeyd edib ki, ruslar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar.

“Bütün ruslar Rusiyaya getməlidir, onda başa düşəcəklər. Onlar deyirlər ki,  “Bu müharibənin bizimlə heç bir əlaqəsi yoxdur. Bütün əhali məsuliyyət daşıya bilməz, elə deyilmi?” Xeyr! - Əhali bu hakimiyyəti seçib və ona qarşı mübarizə aparmır, onunla mübahisə etmir. Bütün dünyaya deyirsiniz ki, onlar sizin qaydalarınızla ​​yaşamalıdırlar, onda gəlin və orada yaşayın. Bu, Putinə təsir etməyin yeganə yoludur”, - deyə Zelenski qeyd edib.

Bizimlə əlaqə saxlayın