08 
Avq
2022
19:28
335

Kvemo Kartli qubernatoru və digər rəhbər şəxslər şəhidləri yad etdilər

Kvemo Kartlidə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Qardabani şəhərinin meri Davit Karqareteli və Sakrebulonun sədri Mixeil Qedexauri müavinləri ilə birlikdə qəhrəmancasına həlak olmuş gənclərin xatirəsini ehtiramla yad ediblər. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Qardabani bələdiyyəsinin meriyası yayıb.

Meriyanın məlumatına görə, avqust müharibəsi zamanı ölkənin şərəfini Qardabani bələdiyyəsindən Zurab Beqiaşvili, Levan Devdariani və Evqeni Xardziani qoruyub.

"Bu gün biz Gürcüstanın müstəqilliyi uğrunda canlarını fəda edən, canları bahasına ölkəyə azadlıq verən zəmanəmizin qəhrəmanlarını yad etdik. Onların fədakarlığı ölkə və millət üçün əvəzsizdir”, - Qardabani Bələdiyyəsinin meri Davit Karqareteli bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər