23 
Iyn
2020
22:40
1316

Qaracalar kəndində koronavirus aşkarlanan qadınla bağlı Qamkrelidze açıqlama verib

"Bu gün Qaracalar kəndində təsdiq olunan koronavirus mənbəsinin müəyyən edilməsi üzərində epidemioloqlar işləyirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze deyib.

Amiran Qamğrelidzenin bildirdiyinə görə, dərinləşdirilmiş araşdırma aparılır.

“Tədqiqat aparılır. Harada işləyirdi, kimlə ünsiyyətə olub, Qaracalara nə cür getmişdi və sair. Bunların hamısı tədqiqatdadır. Faktdır ki, xəstəxanaya özü getdi və pnevmoniyası var idi, sonra test edildi və cavab müsbət çıxdı. Araşdırma aparılır. Epidemioloqlar bir neçə məntəqədə işləyirlər. Dərinləşdirilmiş tədqiqat aparılır. Bunların hamısı səhər baş verdi”, – dedi Qamğrelidze.

Qeyd edək ki, bu gün Telavi rayonunun Qaracalar kəndində 63 yaşlı qadında covid-19 aşkarlanıb. Qadın Tbilisi sakini olduğu və kəndə iki gün öncə qonaq gediyi bildirilir. Eyni zamanda onun Didube bazarında işləyi məlum olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər