08 
Avq
2022
16:48
1857

Tbilisidə barda 6 nəfəri güllələyən şəxs saxlanıldı

Tbilisidə yerləşən barlardan birində polis keçmiş münaqişə zəminində eyni barın 5 mühafizəçisini və bir nəfəri odlu silahla yaralamaq ittihamı ilə bir nəfəri saxlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

İstintaq müəyyən edib ki, bu il avqustun 7-də Riğedə yerləşən barlardan birində təqsirləndirilən şəxs əvvəllər baş vermiş münaqişə zəminində 5 mühafizəçini və onların dostlarından birini güllələyib və hadisə yerindən qaçaraq gizlənib. Yaralılar xəstəxanaya çatdırılıb, onlara müvafiq tibbi yardım göstərilib.  Hazırda onlar evdə müalicələrini davam etdirirlər.

Polis hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıb. Cinayət silahı sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (120-ci maddəsinin 2-ci hissəsi) maddəsi ilə aparılır.

Cinayət 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər