08 
Avq
2022
15:50
1347

"Çxinvaliyə hücum qəfil və gözlənilmədən başladı, biz cavab verməyə məcbur olduq" - Medvedev

"Çxinvaliyə hücum qəfil və gözlənilmədən başladı, biz cavab verməyə məcbur olduq".

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev Rusiyanın “İtar Ta” dövlət agentliyinə müsahibəsində bildirib.

Medvedev bildirib ki, bu gün də rus hərbçilərinin “Cənubi Osetiya” ərazisinə daxil olması qərarını düzgün hesab edir.

“Çxinvaliyə və digər yaşayış məntəqələrinə hücum qəfildən və xəbərdarlıq edilmədən - yaşayış məntəqələrinə, mülki obyektlərə, xəstəxanalara, məktəblərə və Rusiya sülhməramlılarına artilleriya zərbələri ilə başladı. Beləliklə, Vaşinqtonun nəzarətində olan marionet rejim “demokratiya və humanizm” anlayışı ilə Cənubi Osetiyanı bütün xalqı məhv etmək bahasına zorla Gürcüstana qaytarmağa qərar verdi. Aydındır ki, biz cavab verməyə borclu idik. Biz sadəcə olaraq göz yaşlarımızı silib qanlı axmaqlıq qarşısında baş əyə bilməzdik, xalqı onun mərhəmətinə buraxa bilməzdik”, - Medvedev müsahibəsində deyib.

Medvedev həmçinin iddia edib ki, Gürcüstan heç vaxt NATO və Avropa Birliyinə üzv olmayacaq.

“NATO-nun bədxassəli şiş kimi Rusiya sərhədlərinə qədər genişlənmək istəyi artıq dünya probleminə çevrilib. Bütün ağıllı insanların bundan ürəyi bulanır.  Hesab edirəm ki, Ukrayna və Gürcüstan nə NATO-ya, nə də Avropa İttifaqına üzv olmağa layiq ola bilməz, oraya giriş yalnız Şimali Atlantika Alyansının dar dəliyi ilə mümkündür”, - Medvedev deyib.

Onun iddiasına görə, Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər hesab edir.

 “Hərbi bazalarımız orada yerləşir.  Bunu Gürcüstan hökumətinin üzvləri də yaxşı başa düşürlər.  Onlar bir daha şanslarını sınamayacaq və Rusiya kimi böyük dövlətlə münaqişəyə girməyəcəklər”, - deyə o bildirib.

Medvedev həmçinin iddia edib ki, 2008-ci il müharibəsi və 2022-ci ildə Ukraynada başlayan hərbi əməliyyatlar "Qərbin Rusiyadakı vəziyyəti pozmaq cəhdidir".

 “Onlar bunu Rusiyanın qonşularının köməyi ilə edirlər.  Yalnız bir məqsədləri var - Rusiyanı məhv etmək”, - Medvedev müsahibəsində bildirib.

Bizimlə əlaqə saxlayın