08 
Avq
2022
12:21
352

Baş nazir müxalifətə: "Vətəndaşlarımıza ziyan vurmaq, turist axınına mane olmaq istəyirlər"

"Məqsədlərinə çata və Gürcüstanda ikinci cəbhə aça bilmədiklərinə görə, bir növ vətəndaşlarımıza ziyan vurmaq, turist axınına mane olmaq istəyirlər".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkədə sülh və sabitliyin təmin olunması üçün əlindən gələni edəcək.

“Ölkəmizdə bu müharibənin qarşısını ala bilməyən o xainlərin ölkədə ikinci cəbhə açmaq cəhdlərinə baxmayaraq, bu plan uğursuzluğa məruz qaldı və həmişə də uğursuz olacaq. Gördülər ki, Gürcüstanda dünyada analoqu olmayan iqtisadi artım var - heç bir ölkədə belə irəliləyiş baş vermir və öz məqsədlərinə nail olmadıqlarından, ikinci cəbhəni Gürcüstana gətirə bilmədiklərindən bizim vətəndaşlarımıza ziyan vurmaq istəyirlər. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizdə əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf olsun”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın