1 USD =
3.1112 GEL
1 EUR =
3.6653 GEL
1 TRY =
0.3615 GEL
100 RUB =
4.2817 GEL
1 AZN =
1.8283 GEL
07 
Fev
2020
16:30
615

Koronavirusu ilk xəbər verən həkim öldü - FOTO

Ötən ilin dekabrında koronavirus haqqında ilk məlumatı verən, ancaq daha sonra təşvişə səbəb olduğu üçün danışmasına qadağa qoyulan 34 yaşlı həkim Li Venlianq özü də koronavirusdan dünyasını dəyişib.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliklə bağlı dostlarına “Yerli dəniz məhsulları satılan bazardan gətirilən 7 xəstə SARS-a bənzəyən virus səbəbindən xəstəxanada karantin altındadır. Xəstəlik koronavirusa bənzəyir” mesajını yollamışdı.

İddialara görə, SARS epidemiyası 2003-cü ildə Çində yüzlərlə insanın ölümünə səbəb olduğundan Pekin hökuməti bu dəfə epidemiyanı ört-basdır etməyə çalışıb. Virusun əsas mərkəzi olan Uhanda işləyən Linin mesajı qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başlayıb. Bundan sonra Li Uhan polisinin şayiə yaymaq ittihamı ilə təzyiqlərlə üz-üzə qalıb. Li təqib etmələrə məruz qalan ilk həkim olmayıb. Belə ki, digər həkimlərə də epidemiya haqqında məlumatları yaymamaq üçün senzura qoyulub.

Daha sonra sürətlə yayılmağa başlayan virus 564 nəfərin həyatına son qoyub.

Bizimlə əlaqə saxlayın