08 
Avq
2022
10:24
392

Batumidə baş verən yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

Batuminin Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

InterPress.ge hadisə şahidlərinin sözlərinə istinadən xəbər verir ki, Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil piyadaları vurub.

Təcili tibbi yardım mərkəzinin verdiyi məlumata görə, yeniyetmə Batumi Ana və Uşaq Tibb Mərkəzinə, onu müşayiət edən şəxs isə “Medcenter” klinikasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edilib, araşdırmalar davam etdirilir.

Daha bir yol-nəqliyyat hadisəsi Melikişvili küçəsində baş verib.  Xəsarət alan vətəndaş Batumi Referal Xəstəxanasına yerləşdirilib.

Daha bir yol-nəqliyyat hadisəsi Batumidə, Baqrationi və Sulaberidze küçələrinin kəsişməsində baş verib, avtomobil ticarət mərkəzinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər