08 
Avq
2022
09:31
378

"Biz ölkənin ərazi bütövlüyünü bərpa etmək və birləşdirmək yolu kimi sülhsevər, ağlabatan siyasət seçmişik "

"Biz ölkənin ərazi bütövlüyünü bərpa etmək və birləşdirmək yolu kimi sülhsevər, ağlabatan siyasət seçmişik və inanırıq ki, məqsədimizə mütləq nail olacağıq - Gürcüstan birləşəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə bağlı yazıb.

"Çoxlu həmvətənlərimizin həyatına son qoyan 2008-ci ilin avqust müharibəsinin başlanmasından 14 il keçir. 14 ildir ki, ölkəmizin ürəyi - Samaçablo, Çxinvali bölgəsi və Abxaziya Rusiya tərəfindən işğal olunub.

Avqust ayında müharibədə həlak olan qəhrəman əsgərlərimizin və mülki vətəndaşlarımızın xatirəsi qarşısında baş əyirəm.

Biz ərazi bütövlüyünü bərpa etmək və ölkənin birləşdirilməsi yolu kimi sülhsevər, ağlabatan siyasət seçmişik və inanırıq ki, biz mütləq məqsədimizə nail olacağıq – Gürcüstan birləşəcək!”, - İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər