“Biz Rusiyanın Gürcüstanın regionlarını tanımasını və orada hərbi qüvvələrin mövcudluğunu pisləyirik”
2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən 14 il ötür.
InterPress.ge xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən bəyanat yayıb.
“2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən 14 il keçir. Avropa İttifaqı yekdilliklə Rusiyanın Ukraynaya qarşı əsassız və düzgün olmayan təcavüzkar müharibəsini, habelə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını tanınmasını və bu ərazilərdə öz hərbi qüvvələrinin mövcudluğunu davam etdirməsini qəti şəkildə pisləyir. Bu, həm beynəlxalq hüququn, həm də Rusiyanın 12 avqust 2008-ci il tarixli sazişə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır.
Münaqişədən zərər çəkmiş əhalinin insan hüquqları hələ də pozulur, o cümlədən “sərhədləşmə”, keçid məntəqələrinin bağlanması və qanunsuz saxlamalar vasitəsilə. Onların hərəkət azadlığına qoyulan məhdudiyyətlər dayandırılmalıdır. Biz bütün keçmiş insan hüquqları pozuntularının etibarlı təhqiqatları da daxil olmaqla, günahkarları məsuliyyətə cəlb etmək, qurbanlar üçün ədaləti bərpa etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin 21 yanvar 2021 tarixli qərarının Rusiya Federasiyası tərəfindən lazımi qaydada yerinə yetirilməsini təmin etmək üçün məsuliyyətə çağırmaqda davam edirik. Biz münaqişənin həllini, o cümlədən Aİ-nin Cenevrədəki beynəlxalq müzakirələrə həmsədr kimi cəlb olunması, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin işi və 24/7 AB Monitorinqi vasitəsilə tam dəstək verməyə davam edirik. Biz Avropa İttifaqının Gürcüstanın müstəqilliyi, suverenliyi və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyirik”, - Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.


