Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 21:52-də qeydə alınıb. Zəlzələnin gücü 3,0 bal təşkil edib.
Episentr Zalqa rayonunun Salamaleyki kəndi yaxınlığında olub.
