06 
Avq
2022
21:19
1319

Polis "Marcanişvili" metrostansiyası yaxınlığında çəkilərək sosial şəbəkədə yayılan kadrlarla bağlı iki nəfəri yaxalayıb

Tbilisidə metronun "Marcanişvili" stansiyasının yaxınlığında çəkilmiş və sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı polis inzibati icraata başlayıb. 

InterPress ge xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Daxili İşlər Nazirliyi insan ləyaqətini və ictimai əxlaqı təhqir edən əməlin törədilməsi faktı ilə bağlı davam edən inzibati icraat çərçivəsində hər iki şəxsin Gürcüstan vətəndaşı olduğunu müəyyən edib.

İnzibati Xətalar Məcəlləsinin 171-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qayda pozuntusu şəxsin 200 lariyə qədər cərimələnməsinə səbəb olur", - Daxili İşlər Nazirliyindən bildirilib.

Xatırlatmaq istərdik ki, bu gün "Marcanişvili" metrostansiyası yaxınlığında çəkilmiş və 2 nəfərin cinsi davranışının əks olunduğu videogörüntülər sosial şəbəkədə yayılıb.

Bizimlə əlaqə saxlayın