06 
Avq
2022
12:42
981

Yaxın vaxtlarda yanacağın ucuzlaşması gözlənilirmi?

Beynəlxalq enerji birjalarında neftin ucuzlaşması və larinin möhkəmlənməsi fonunda Gürcüstanın pərakəndə satış şəbəkələrində yanacağın qiyməti bir qədər ucuzlaşıb.

InterPress.ge xəbər verir ki, Neft İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvilinin “İş kursu” verilişində izah etdiyinə görə, qiymətlərdə azalma tendensiyası davam edir və yaxın gələcəkdə daha da ucuzlaşma gözlənilir.

“Artıq pərakəndə satış şəbəkəsində yanacağın ucuzlaşmasına start verilib. O cümlədən, markalı yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti avqustun ilk günlərində orta hesabla 5-10 tetri ucuzlaşıb. Brendsiz stansiyalarda benzin yanacağında 10 faiz ucuzlaşma olub. Xüsusən də “Regular” yanacağın qiyməti 3-3,05 laridir. Dizel yanacağının qiyməti də 10-15-20 tetri aşağı düşüb. Yaxın günlərdə qiymətlərin enməsi mütləq davam edəcək. Bu, bütün yanacaq növlərinə, həm markalı, həm də brend olmayan yanacaqdoldurma məntəqələrinə aiddir”, - Vano Mtvralaşvili bildirib.

Bizimlə əlaqə saxlayın