06 
Avq
2022
11:53
617

DİN "Oğru dünyası" ilə əlaqəli 8 nəfəri saxladı

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlar arasında yaranmış maliyyə mübahisəsinin “oğru yolu ilə” həll edilməsi faktları aşkar edilərək, hakimin qərarı ilə Tbilisi, Çiatura və Saçxeredə 8 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Aşağıdakılar “Oğru dünyası”na üzv olmaqda, “Oğru dünyası”na üzv olmaq üçün müraciət etməkdə və “Oğru dünyası”nın fəaliyyətinə dəstək verməkdə ittiham olunurlar: 
1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş B.Ş, 1960-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Z.  (ləqəbi "Tuşia"), 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.T.  (ləqəbi "Çxira"), 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.A.  (ləqəbi "Leğva"), 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş B.K. 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş S.R., 1966-cı il təvəllüdlü K. T., 1991-ci il təvəllüdlü V. T.

“Oğru dünyası”na üzv olmaq, “oğru dünyası”na üzv olmaq üçün müraciət etmək və “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək faktları üzrə istintaq davam etdirilir.

Cinayətlərə görə 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın