Gürcüstanda zəlzələ olub.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu-Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
"Bu gün Tbilisi vaxtı ilə saat 09:33-də Ğvareli yaxınlığında 3,0 bal gücündə zəlzələ baş verdi", - deyə bildirilib.
