06 
Avq
2022
08:02
447

Misir İsrail və Qəzza zolağı arasında atəşkəs yaratmağa çalışır

Misir İsraillə Qəzza zolağı arasında atəşkəs yaratmağa çalışır, Qətər, İordaniya və Türkiyə isə İsrailin hərbi əməliyyatını pisləyir.

InterPress.ge xəbər verir ki, diplomatik mənbənin məlumatına görə, Misir nümayəndə heyəti avqustun 6-da Qəzzaya yola düşəcək.

İsrailin hərbi əməliyyatını pisləyən ilk ölkə Qətər olub. Qətər Xarici İşlər Nazirliyi hərbi əməliyyata qarşı bəyanat yayıb. Qətər Qəzza zolağında yaşayan insanlara milyonlarla dollar yardım edir. Türkiyə rəsmiləri İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara qarşı bəyanat yayaraq, "Türkiyə İsrailin Qəzzaya endirdiyi hava hücumunu şiddətlə qınayır və hücum nəticəsində aralarında uşaqların da olduğu mülki vətəndaşların həlak olması qəbuledilməzdir" ifadəsini işlədib. İordaniya hakimiyyəti beynəlxalq ictimaiyyəti gərginliyə son qoymaq üçün hərəkətə keçməyə çağırıb.

Yerli KİV-in məlumatına görə, İsrail ordusu hərbi əməliyyatlar zamanı Qəzza zolağında “İslami Cihad” qruplaşmasının liderini öldürüb. Atılan raketlər ya açıq əraziyə düşüb, ya da “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirilib. “İslami Cihad” Qəzza zolağından İsrail istiqamətində 100-ə yaxın raket atıb.

İsrail ordusu Qəzza zolağında Fələstinin "İslami Cihad" hədəflərinə irimiqyaslı hava zərbələri endirib. İsrail ərazilərində həyəcan siqnalları işə düşüb.

 

Bizimlə əlaqə saxlayın