06 
Avq
2022
03:14
742

Gürcüstanın İsraildəki səfirliyi xəbərdarlıq edib

Gürcüstanın İsraildəki səfirliyi bu ölkədəki Gürcüstan vətəndaşlarına xəbərdarlıq edib.

InterPress.ge bəyanatı nəzərinizə çatdırır:

“6 avqust, şənbə günü, saat 20:00-a qədər aşağıdakı məhdudiyyətlər tətbiq olunacaq (müddət uzadılacağı təqdirdə sizə əlavə məlumat verəcəyik):

Qəzza zolağından 80 km radiusda yaşayanlar üçün: açıq məkanda 10 nəfərdən, qapalı məkanda isə 50 nəfərdən çox olmayan tədbir və toplantılara icazə verilir.

Təhsil müəssisələrində, uşaq bağçalarında və yay düşərgələrində tədris prosesi aparılmayacaq.

İş yerlərində olmağa yalnız sığınacaq olan müəssisələrdə icazə verilir.

Eyni təhlükəsizlik normaları mərkəzi və qərb Negevdə yaşayanlara da aiddir. Yalnız qapalı məkanda toplaşmaq şərti fərqlənir: 100 nəfərə icazə verilir.

Ben-Qurion Beynəlxalq Hava Limanında uçuş və eniş cədvəlində dəyişiklik edilib.

İsrailin cənub şəhərlərində - Aşdod, Şderot, Beerşeva, eləcə də bir neçə mərkəzi şəhərdə ictimai sığınacaqlar açılıb.

Xahiş olunur qeyd olunan təhlükəsizlik normalarını nəzərə alın və onlara əməl edin”, - səfirliyin bəyanatında deyilir.

 

 

Bizimlə əlaqə saxlayın