06 
Avq
2022
03:07
446

"Fələstin İslami Cihad Hərəkatı” İsrailin cənubu istiqamətində 80 raket atıb

“Fələstin İslami Cihad Hərəkatı” İsrailin cənubu istiqamətində 80 raket atıb.

InterPress.ge xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Onların verdiyi məlumatlara görə, 46 raket sərhədi keçib, onlardan 33-ü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Qalanları açıq ərazilərə düşüb, nəticədə xəsarət alan olmayıb.

Təl-Əviv bələdiyyəsi sakinlər üçün bomba sığınacağı açıb. İsrailin Sderot, Aşkelon, Bat Yam, Rişon Lezion və Holon şəhərlərində hava hücumu səsləri eşidilib.

"Bizi təhdid edənləri məhv edəcəyik”, - deyə İsrailin müdafiə naziri bildirib.

Eyni zamanda, Fələstin mediası İsrailin Qəzzanın cənubundakı hədəflərə hava zərbələri endirdiyini yazıb. İsrailin müdafiə naziri Benni Qantz deyib ki, İsrail qüvvələri vəziyyətin pisləşməsinə görə məsul olanları hədəf alır, Qəzza və ya onun sakinlərini deyil.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər