05 
Avq
2022
23:42
496

Xəstəliklərə Nəzarət Mərkəzinin yeni rəhbərinin kimliyi məlum oldu

Amiran Qamğrelidze istefa verdikdən sonra Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri vəzifəsini səhiyyə nazirinin müavini Tamar Qabunia yerinə yetirəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı səhiyyə naziri Zurab Azaraşvili təsdiqləyib.

“Dünən Cənab Amiran ilə söhbətimiz oldu. Onun ölkə xalqı qarşısında böyük xidmətləri var, 90-cı illərin əvvəllərindən bu sistemdə olub, uzun illər vətəndaşların sağlamlığının qayğısına qalıb. O, xəstəliklərlə mübarizə şöbəsinin müdiri idi. Dünən onun dəyişdirilməsi ilə bağlı söhbətimiz olub. Mən həqiqətən təsdiq edirəm ki, mən bu dəyişikliyi təsdiqləmişəm və yaxın bir neçə gün ərzində o, müvafiq bəyanatla nazirliyə müraciət edəcək və xanım Tamar Qabunia artıq öz vəzifələrini yerinə yetirəcək”, - deyə nazir bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, Amiran Qamğrelidze şəxsi bəyanatı əsasında vəzifəsini tərk edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər