05 
Avq
2022
17:56
547

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tutdu

Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşür. 

InterPress ge xəbər verir ki, Rusiya nümayəndə heyətinin tərkibində Çeçenistan Prezidenti Ramzan Kadırov da var. 

Söhbətin əsas mövzularının Rusiyanın Ukraynadakı müharibəsinin başa çatması və Suriya ilə bağlı məsələ olacağı gözlənilir.

İlkin olaraq Ərdoğan və Putinin təkbətək görüşü planlaşdırılır, bundan sonra nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılacaq.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılmır. Mətbuat konfransı Türkiyə liderinin iş qrafikinə görə ləğv edilib, lakin Rusiya təşkilatçıları Ərdoğanın konfransda iştirak edə bilməsi üçün zalı hazırlayıblar.

Türkiyə və Rusiya prezidentləri bir ayda ikinci dəfə görüşürlər. Sonuncu görüş iyulun 19-da Tehranda baş tutub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər