05 
Avq
2022
16:29
274

Son 7 ayda milli valyutanın istifadə qaydalarının pozulması ilə bağlı 70-ə yaxın fakt aşkar edilib

Son 7 ayda Gəlirlər Xidməti tərəfindən milli valyutanın istifadə qaydalarının pozulması ilə bağlı 70-ə yaxın fakt aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.

Onların sözlərinə görə, “Gürcüstanın Milli Bankı haqqında” üzvi qanununun 34-cü maddəsinə əsasən, sahibkar Gürcüstan ərazisində əmlakın satışı/xidmətlərin göstərilməsi təklifi və ya reklamı zamanı qiyməti yalnız lari ilə göstərilməlidir.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən sahibkarlıq subyekti tərəfindən əmlakın satışı və xidmətlərin göstərilməsi zamanı qiymətin lari ilə ifadə edilməsi qaydasına əməl olunmasına nəzarət məqsədilə intensiv tədbirlər həyata keçirilir.

Qeyd edək ki, nəzarət tədbiri çərçivəsində Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən son 7 ayda Gürcüstan ərazisində milli valyutanın istifadəsinin 70-ə yaxın pozulması faktı aşkarlanıb.

Belə bir qanun pozuntusuna qarşı mübarizə məqsədilə cari il avqustun 4-də Tbilisi şəhəri, “Okriba” avtovağzalının yaxınlığında nəzarət alışı çərçivəsində Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən müvafiq nəzarət tədbirləri həyata keçirilib, bundan sonra Gürcüstan ərazisində dövriyyədə olan milli valyutanın istifadə qaydalarının pozulması faktı aşkarlanıb. O cümlədən, xarici ölkə vətəndaşı qeydiyyatsız sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə 500 lari məbləğində cərimə olundu, avqustun 5-də Kote Abxazi küçəsində Monitorinq Departamentinin əməkdaşları tərəfindən “Qiymətlərin lari ilə ifadə edilməsi qaydaları”nın pozulması ilə bağlı inzibati icraat aparılıb, nəticədə sahibkara İnzibati Xətalar Məcəlləsinin 153⁷ maddəsinə əsasən xəbərdarlıq edilib.

Maliyyə Nazirliyinin Gəlirlər  Xidməti sahibkarlıq subyektlərinə bir daha xatırladır ki, “Gürcüstan Milli Bankı haqqında” üzvi qanununa əsasən, Gürcüstan ərazisində azad sənaye zonaları, azad ticarət məntəqələri və/və ya Milli Bankın müəyyən etdiyi hallar istisna olmaqla, lari yeganə qanuni ödəniş vasitəsidir, müvafiq olaraq, onları milli valyutadan istifadə qaydalarını pozmaqdan çəkinməyə çağırır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər