05 
Avq
2022
13:53
402

Aluda Ğuduşauri müxalifətin Rusiya ilə viza rejiminin yaradılması tələbinə münasibət bildirdi

"2008-ci il müharibəsindən sonra Saakaşvili şimal sərhədi yaxınlığında, Dariali vadisində gəzir, ruslara həvəslə viza verirdi, bundan sonra viza rejiminə yenidən baxılmalısını söyləməyə cəsarət edirlər, keçmişlərinə baxsınlar, ayağımıza basmasınlar".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında parlament çoxluğunun üzvü Aluda Ğuduşauri müxalifətin Rusiya ilə viza rejiminin yaradılması tələbinə cavab verərkən deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının Gürcüstana girişində heç bir təhlükə yoxdur.

“Ölkə əhalisinin unutqan olduğunu düşündükləri üçün özlərini gülməli və komik vəziyyətə qoturlar. Camaat hələ də şokdan çıxmırdı ki, o vaxt ölkənin birinci adamı Saakaşvili bölgə qubernatoru ilə birlikdə ölkənin şimal sərhəddində, Dariali vadisində gəzirdi və giriş vizası verirdi. Bu faktdan sonra cəsarət edib boş-boş danışırlar ki, viza rejiminə yenidən baxılmalıdır. Onlar öz keçmişlərinə baxsınlar, ayağımıza basmasınlar, kənara çəkilsinlər və ölkənin inkişafına imkan versinlər.  Gürcüstanın gələcəyi üçün heç bir təhlükə yoxdur”, - Ğuduşauri bildirib.

Bizimlə əlaqə saxlayın