Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Aİ-nin 12 bənddən ibarət tövsiyələrini yerinə yetirmək üçün ilk qanunvericilik paketi parlamentə təqdim edildi

433
Aİ-nin 12 bənddən ibarət tövsiyələrini yerinə yetirmək üçün ilk qanunvericilik paketi parlamentə təqdim edildi
Dinləmək üçün basın

Avropa İttifaqının 12 bənddən ibarət tövsiyələrini yerinə yetirmək üçün İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin təqdim etdiyi ilk qanunvericilik paketi parlamentdə irəli sürülüb.

Avropa İttifaqının 12 bənddən ibarət tövsiyələrini yerinə yetirmək üçün İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin təqdim etdiyi ilk qanunvericilik paketi parlamentdə irəli sürülüb.

lnterPress.ge xəbər verir ki,  qanun layihələrinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının fəal şəkildə tətbiqi ilə bağlı Gürcüstan məhkəmələri tərəfindən hazırlanmış düzəlişlər daxildir və 11 qanunvericilik aktını əhatə edəcək.

Qanunvericiliyə dəyişikliklər paketi İnsan Hüquqlarının Müdafiəsi Komitəsində yaradılmış xüsusi işçi qrup tərəfindən hazırlanıb və artıq öz işini başa çatdırıb.

Qanun layihəsinə əsasən, dəyişiklik hakimin fəaliyyətinin qiymətləndirilməsi meyarlarına daxil edilib və bildirilir ki, hakimin fəaliyyəti qiymətləndirilərkən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqinin təkcə kəmiyyət komponenti deyil, həm də aktuallığı nəzərə alınacaq. Bundan əlavə, Ali və Apellyasiya Məhkəmələrində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təhlili funksiyasına malik struktur bölmənin mövcudluğunun məcburi olacağı göstərilir.

Digər bir yenilik isə odur ki, hakim səlahiyyətlərini icra edən şəxs üç ildən sonra ən azı 5 gün vaxtını məktəbdə ixtisasının artırılmasına həsr etməyə məcbur olacaq. Məcburi komponent kimi, təlim proqramına insan hüquqları qanununun tədrisi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ üzrə təlim daxil edilməlidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →