04 
Avq
2022
13:39
1835

Marneulidə genişmiqyaslı Tasua yürüşü baş tutacaq

Marneulidə Məhərrəmliyin 9-cu günü Tasua yürüşü olacaq.

InterPress.ge xəbər verir ki, Tasua yürüşü avqustun 7-də baş tutacaq.

Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri seyid Mirtəqi Əsədovun açıqlamasına əsasən, Tasua yürüşü Marneulinin mərkəzindən İmam Əli (ə) Məscidinədək davam edəcək.

"Bildiyiniz kimi Məhərrəm ayının əza günlərini yaşayırıq. Uca Allahdan matəm tutanların əzasını eləcə də İmam Hüseyn (ə) adına verilən ehsanların qəbul olunmasını diləyirəm.

Ölkəmizdə müxtəlif şəhər və kəndlərdə bu matəmi qeyd edirlər. Marneulidə hər il olduğu kimi yas məclislərinin təşkili davam edir. hər il olduğu kimi bu il də Tasua yürüşü qeyd olunacaq. Tasua günü (Məhərrəmliyin 9-u) bu il avqustun 7-ə təsadüf edəcək. Yürüş ənənəvi olaraq Marneuli şəhərinin mərkəzi - Əhli Beyt Cəmiyyətindən İmam Əli Məscidinədək davam etdiriləcək. Allahın iznilə bu tədbir geniş formada baş tutacaq. 

Bütün Müsəlmanları, İmam Hüseyn aşiqlərini Tasua yürüşünə qatılmağa dəvət edirik.

Tasua yürüşü saat 11:00 radələrində başlayacaq",- M.Əsədov qeyd edir.

Qeyd edək ki, Aşura günü avqustun 8-i olacaq.

Bizimlə əlaqə saxlayın