04 
Avq
2022
10:37
341

ABŞ Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlığını bildirdi

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda baş verən hadisələrdən dərin narahatlığını ifadə edib və tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırıb.

InterPress.ge xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda Ned Prays Dağlıq Qarabağ ətrafında gedən gərgin döyüşlər, insan tələfatı və xəsarətlərdən dərin narahatlığını ifadə edib və vəziyyəti diqqətlə izlədiyini bildirib.

“Gərginliyin azaldılması və daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atmağa çağırırıq.

Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”, - Ned Praysın bəyanatında deyilir.

 

Bizimlə əlaqə saxlayın