04 
Avq
2022
10:30
302

Çin Tayvan ətrafında genişmiqyaslı hərbi-dəniz təlimlərinə başladı

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin Tayvan ətrafında genişmiqyaslı hərbi-dəniz təlimlərinə başlayıb.  

InterPress.ge xəbər verir ki, hərbi təlimlər adadan təxminən 20 kilometr aralıda keçirilir.

Çin hakimiyyətinin məlumatına görə, hərbi təlimlər intensiv dəniz yollarında keçiriləcək.  Tayvan bunun adanın hava və dəniz blokadasına bərabər olduğunu deyib, ABŞ isə hərbi təlimin məsuliyyətsiz olduğunu və nəzarətdən çıxa biləcəyini bildirib.

Tayvan gəmilərdən alternativ yollardan istifadə etmələrini tələb edib və alternativ hava yolları tapmaq üçün Yaponiya və Filippinlə danışıqlar aparır.

Xatırladaq ki, Nensi Pelosi bir günlük səfərdən sonra dünən Tayvanı tərk edib.  Pekin Nensi Pelosinin Tayvana səfərini Çinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

 

Bizimlə əlaqə saxlayın