InterPress.ge xəbər verir ki, hadisə bu gün Tamar Mepe prospektində baş verib.
Məlumata görə, avtobus sürücüsü və 5 sərnişin yüngül xəsarət alıb.
Xəsarət alan sərnişinlər “Medalfa”, sürücü isə “Medcenter”ə aparılıb. Onların səhhətləri stabildir.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

