Milli Bank kreditlərlə bağlı yeni qərar qəbul etdi
Bu gün Gürcüstan Milli Bankı fiziki şəxslərə verilən kredit faizinin azaldılması ilə bağlı yeni qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, hazırda 4 il müəyyən edilən istehlak kreditlərinin maksimum müddəti 3 ilə endiriləcək.
Milli Bankın prezidenti Koba Qvenetadzenin sözlərinə görə, istehlak kreditlərinin maksimum müddətinin məhdudlaşdırılması avqustun 15-dən həyata keçiriləcək və bu, bir il müddətində qüvvədə olacaq.
“İstehlak kreditləşməsini yavaşlatmaq üçün biz makroprudensial alətdən istifadə etmək qərarına gəldik və bu alət 4 ildən 3 ilə qədər azalmadır. Bildiyiniz kimi, 2019-cu ildə fiziki şəxslərin məsuliyyətli kreditləşməsi çərçivəsi işə salınıb ki, bu da kreditlərin həddən artıq artması nəticəsində yaranan maliyyə risklərini dayandırıb, eyni zamanda kreditlərin daha məhsuldar sektorlara yönəldilməsinə şərait yaradıb.
Cari dövrdə istehlak kreditlərinin həddindən artıq artması səbəbindən inflyasiyaya əlavə təzyiqi azaltmaq üçün istehlak kreditlərinin maksimum müddətinin azaldılmasını məqsədəuyğun hesab edirik. Bu dəyişikliyi təhlil edib bank sektoru ilə müzakirə etdikdən sonra müddəti 3 ilə endirmək qərarına gəldik. Bu dəyişiklik avqustun 15-də qüvvəyə minəcək və bir il müddətində qüvvədə olacaq”, - deyə Milli Bankın prezidenti Koba Qvenetadze bildirib.
Milli Bank prezidentinin proqnozuna görə, bu dəyişiklik istehlak kreditləşməsinin artım tempini aşağı salacaq.


