03 
Avq
2022
10:42
401

İstintaq Xidməti aptekdə narkomaniya faktlarının aşkar edilməsi və qarşısının alınması ilə bağlı məlumat yaydı

Maliyyə Nazirliyinin İstintaq Xidməti aptekdə narkomaniya faktlarının aşkar edilməsi və qarşısının alınması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri haqqında məlumat yayıb.

InterPress.ge bəyanatı nəzərinizə çatdırır: 

"2022-ci ildə Gürcüstan Maliyyə Nazirliyinin İatintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi, Acarıstan, Sameqrelo, İmereti və Kaxeti bölgələrində qanun pozuntusu ilə fəaliyyət göstərən 22 aptek müəyyən edilib. Onlar müvafiq icazə şərtlərini pozaraq, reseptsiz olaraq psixotrop və xüsusi nəzarətə tabe olan müxtəlif adda dərman vasitələrini satıblar. Araşdırma zamanı adıçəkilən obyektlərdən külli miqdarda dərman preparatı götürülüb.  Müəyyən edilib ki, aptek müdirləri qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində yüz minlərlə lari gəlir əldə ediblər.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan 13 hüquqi və 43 fiziki şəxs barəsində cinayət işi açılıb, onlardan 3-ü qeyd olunan cinayətə görə əvvəllər məhkum olunub və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib".

Onların verdiyi məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər