02 
Avq
2022
23:46
491

Kutaisi hava limanında bəyan edilməmiş qızıl əşyaların gətirilməsininfaktlarının qarşısı alınıb

 Kutaisi hava limanında bəyan edilməmiş qızıl əşyaların gətirilməsinin faktlarının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə
Gəlirlər Xidmətindən məlumat verilib.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqəsində Gürcüstan, Qazaxıstan və Yunanıstan vətəndaşlarının həm fiziki, həm də şəxsi baqajlarına gömrük baxışı nəticəsində bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi 524,94 qram) aşkar edilib. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 42 154,61 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, qanunu pozan vətəndaşlara qarşı sanksiya kimi 42 154,61 lari məbləğində cərimə tətbiq edilib”, - deyə agentlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın