02 
Avq
2022
15:35
445

Yerli əhali Sarpda sahil xəttinə yaxın ərazidə yük maşınlarının yerləşdirilməsinə etiraz edib

Yerli əhali Sarpda sahil xəttinə yaxın ərazidə yük maşınlarının yerləşdirilməsinə etiraz edib. Onların sözlərinə görə, turistlər tranzit yük maşınlarının sahil yaxınlığında dayanması səbəbindən ailəvi otelləri tərk edirlər.

InterPress.ge xəbər verir ki, əhali aidiyyatı qurumlara müraciət edərək yol infrastrukturunun qaydaya salınmasını tələb edir.

“Sarpda dəniz kənarında yerləşən yük maşınları əhalini narahat edir. Turistlər ailəvi otelləri tərk edir, çünki yük maşınları dayanıb, səs-küy var, hava çirklidir. Problem qismən həll olunub, lakin gecələr hələ də yük maşını dayanacağına çevrilir.  Əhalinin əsas gəliri turistlərdən asılıdır. Əhalinin tələbinin nəzərə alınması üçün aidiyyatı qurumlara müraciət edəcəyik”, - “Vahid Milli Hərəkat”ın üzvü Mamuka Cevaiş bildirib.

 

Bizimlə əlaqə saxlayın