Avqustun 7-dək Gürcüstanın bəzi rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +31, +36 dərəcə təşkil edəcək, avqustun 5-dən isə 3-4 dərəcə aşağı enəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Mili Ətraf Mühit Agentliyindən məlumat verilib.
Paytaxta gəlincə, gecə və axşam saatlarında Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Havanın temperaturu +34, +36 dərəcə təşkil edəcək.
