02 
Avq
2022
11:48
391

Yunanıstanda oğurluq edən iki Gürcüstan vətəndaşı saxlanıldı

Yunanıstanda oğurluq edən iki Gürcüstan vətəndaşı saxlanılıb. Messina polisinin apardığı araşdırmadan məlum olub ki, 37 və 38 yaşlı iki kişi ötən cümə axşamı Kalamatada iki evə girib.

InterPress.ge xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Onlar evdən 23 min avrodan çox dəyəri olan qızıl və elektron cihazlar, həmçinin pul götürüblər.

Polis oğurlanmış qızıl-zinət əşyalarının satıldığı lombardlardan iki qəbz, dörd mobil telefon, iki portativ məlumat saxlama qutusu götürüb.

Həmin şəxslər Kalamati Rayon Prokurorluğuna aparılıb və onların digər ərazilərdə də başqa oğurluq əməlləri törədib-törətmədiklərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Mətbuatın yazdığına görə, Gürcüstan vətəndaşları rayondakı evləri qarət etməyə kirayə maşınla gediblər.

 

Bizimlə əlaqə saxlayın