Gürcüstan Dəmir Yolları xəbərdarlıq edir- Bu tarixlərdə qatarlar işləməyəcək
Gürcüstan Dəmir Yollarından verilən məlumata görə, avqustun 9, 10 və 11-də sərnişin və yük qatarları işləməyəcək.
InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstan Dəmir Yolları məlumat verir.
“Hörmətli sərnişinlər, bildiyiniz kimi, Gürcüstan Dəmir Yollarında modernləşdirmə layihəsi həyata keçirilir.
Dəyəri 249 milyon dollar olan layihə ötürmə qabiliyyətinin artırılmasını və təhlükəsizlik parametrlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Layihə başa çatdıqdan sonra sərnişin qatarlarının gediş vaxtı azalacaq.
Bu layihə çərçivəsində: yeni tunellər, dəmir yolu körpüləri tikilir, əlaqə şəbəkəsi dəyişdirilir, yeni yerüstü stansiyalar tikilir, bir neçə yarımstansiya bərpa olunur.
Bu layihə çərçivəsində aparılan işlər ilə əlaqədar avqustun 9, 10 və 11-də sərnişin və yük qatarları hərəkət etməyəcək.
Avqustun 12-dən avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq”, - deyə məlumatda bildirilir.


